XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 14:14

Azərbaycanda əmək pensiyaları 160 manata çatdırılacaq –233 min nəfərin pensiyasında artım olacaq

“Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və  nəticədə 233 min nəfərin pensiyasında artım olacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub: “Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək”.

Nazir deyib ki, 160 manatdan çox pensiya alan şəxslərin pensiyasında 3 faiz artım olacaq. (Report)