Prezident İlham Əliyev bu gün daha bir sərəncamı imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.