Senat səs çoxluğu ilə ABŞ-ın ədliyyə naziri və baş prokuroru postuna Uilyam Barın namizədliyini təsdiqləyib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermə fevralın 14-də Konqresin saytında aparlıb. Senatorların 50-dən çoxu Barın namizədliyini dəstəkləyib.
Bundan sonra U.Bar ya prezident Donald Tramp, ya da vitse-prezident Maykl Pensin iştirakı ilə and içməli və ardından vəzifəsinin icrasına başlamalıdır.
Buna qədər ABŞ-ın baş prokuroru Cef Seşns idi. O, ötən ilin noyabrında prezident Trampın qərarı ilə istefaya getmişdi.
Qeyd edək ki, Uilyam Bar ata Buşun hakimiyyəti dövründə də baş prokuror postunu tutub.
Strateq.az