XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 09:50

Moskvada çeçenlərlə azərbaycanlılar arasında silahlı qarşıdurma –Hücumda 10-dan çox adam yaralanıb (FOTO, VİDEO)

Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova ev 28 ünvanında, Azərbaycanlılara məxsus “Neolit” kafesində fevralın 14 saat 23:00 radələrində silahlı atışma baş verib.

Strateq.az “report”a istinadən xəbər verir ki, avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen “Neolit” kafesinə hücüm ediblər.

Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı, sahibi Yaşar Əliyevin maşını da çiddi xəsarət alıb. Hadisə yerində hzırda hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindəns axlanıldığı bildirilir.

Hadisəyə səbəb Azərbaycan xalqını təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq, Azərbaycan xalqından üzr istədilməsidir.