XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2016 - 12:39

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişdi –Qohumu təsdiqlədi

ilhame-mugenni

 

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. 

 

Bu barədə Lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Xalq artistinin telefon nömrəsinə zəng edən Lent.az əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib: "İlhamə xanım artıq yoxdur". 

 

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az saytı yazıb. 

 

Xatırladaq ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

 

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.