XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 14:41

Ermənistan Prezidenti:"“Mənim üçün münaqişənin sülh yolu ilə həll edilməsindən başqa yol yoxdur"

“Dağlıq Qarabağdakı dondurulmuş münaqişə hələ də tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər”.

Bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan Almaniyanın Heidelberg Universitetinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, dondurulmuş münaqişə tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər.

“Mənim üçün münaqişənin sülh yolu ilə həll edilməsindən başqa yol yoxdur. Başqa variant hər kəs üçün dağıdıcı olacaq. Buradakı mühüm şey, nə qədər güclü olduğunuz, silahlanmaya nə qədər pul xərclədiyiniz və ya ordunuzun nə qədər böyük olduğu deyil. Burada müxtəlif maraq və çətinliklər fokuslaşıb. Bura həqiqətən, müxtəlif sivilizasiyaların kəsişməsidir”, – deyə Sarkisyan qeyd edib. (Ordu.az)