XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 18:17

Məmmədyarov:"Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşə bilər"

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

Trend-in məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər.

Z.Mnatsakanyanla Münhendə görüş imkanı barədə suala cavab verən Azərbaycan XİN rəhbəri deyib: “Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”.