XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 13:34

İnstitut:"Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır"

Şamaxının Xınışlı kəndində palçıq vulkanının püskürməsi barədə yayılan məlumatlar düzgün deyil.

Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, həmin kənd və onun yaxınlığında vulkan yoxdur:

“Bu axıntı da vulkan püskürməsi nəticəsində baş verməyib. Adətən, zəlzələdən sonra yerdə çatlar yarandıqda orada yaranmış gil kütləsi üzə çıxır və axıntı yaranır”.

Qeyd edək ki, Xınıslı kənd sakinləri ərazidə palçıq vulkanın püskürdüyü və palçıq lavasının yaxınlıqdakı taxıl sahəsinə axması barədə məlumat veriblər.