Prezident İlham Əliyev YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovu təltif edib.
Strateq.az xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif olunub.
Xatırladaq ki, sabah Siyavuş Novruzovun 50 yaşı tamam olacaq.