Türkiyədə sabahdan benzin və dziel yanacağının qiyməti qalxacaq.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, həftənin birinci günündən etibarən, benzinin qiymətində 27-30, dizelin qiymətində isə 10 qəpik (kuruş) artım olacaq.
Məlumata görə, neft-qaz üzrə bir çox ekspertlər iqtidara qiymətin qalxmaması ilə bağlı çağırış ediblər. Onlar qiymətin sabit qalması üçün hökumətin tətbiq etdiyi bəzi vergi yüklərinin benzin və dizel satışından götürülməsini tələb ediblər.
Hələlik hökumət bu çağırışlara reaksiya verməyib.