XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 Fevral 2019 - 13:22

İran XİN-dən ABŞ-ın vitse-prezidentinə cavab verildi:"Səbirli olun, oxuyun..."

 “ABŞ-ın vitse-prezidenti Maykl Pensin Avropanı İran ilə nüvə sazişindən çıxmağa çağıran bəyanatı cəfəngiyyat və təbliğatçılıqdan başqa bir şey deyil.

Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasiminin idarənin saytına yerləşdirilən məlumatında deyilir.

“Anlamaq lazımdır ki, bu ittihamlar və saxta boş sözlər problemin özü və böhranın kökünü həll etmək mümkün olmayacaq. Səbirli olun, oxuyun və hekayənin sadəcə silinməsi və dəyişdirilməsi mümkün olmayan faktlarla dolu olduğunu öyrənin”, – deyə Qasimi Pensin sözlərinə cavab olaraq bildirib/Report.