XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2016 - 13:44

2 min polis, 1400 bilet, 1 azarkeş –MOSKVA AYAQ ÜSTƏ

rusiya-omon

 

UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” – “Fənərbaxça” matçında komandasını dəstəkləmək üçün Türkiyədən 1 azarkeş gedib.

Rusiyanın REN TV kanalının məlumatına görə, türk azarkeşlər viza problemi ucbatından Moskvaya gələ bilməyiblər. Həmin azarkeşin isə viza müddəti bitməyibmiş.

Türkiyə və Rusiya arasında məlum siyasi gərginlik UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində üz-üzə gələn klubların rəsmilərini də çətin vəziyyət salıb. Moskvada polis və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Rusiya KİV-nin məlumatına görə, İstanbul təmsilçisini gətirən təyyarə Moskvanın “Vnukovo” hava limanına enən kimi ətrafı OMON mühasirəyə alıb. “Fənərbaxça”lılar sonuncu nəfərə kimi aeroportdan çıxmayana qədər, qapıdan kənar şəxslər buraxılmayıb. Klubu isə “Lokomotiv” rəsmiləri aeroportda gül-çiçəklə qarşılayıblar. “Fənərbaxça” klubunun heyətini daşıyan avtobusu hava limanından polis və OMON konvoyu müşayiət edib. “Fənər”lilərin qaldığı “Hilton” otelinin ətrafını da polis mühasirəyə alıb.

“R-Sport”un məlumatına görə, “Fənərbaxça” rəsmiləri onların mühafizəsinin daha etibarlı təşkil edilməsi üçün Türkiyədən Moskvaya polis aparılmasına da nail olublar. Bir sözlə, bu gün Moskvada rus polislərlə birgə türkiyəli asayiş keşikçiləri də təhlükəsizliyi qoruyacaq.

Ümumiyyətlə, oyun başlamazdan əvvəl Lokomotiv stadionuna 2 min polis və OMON-çu yerləşdiriləcək. Stadionun bütün sektorlarına xüsusi metalaxtaran qurğular quraşdırılacaq. Azarkeşlər bu keçidlərdən keçib stadionda öz yerlərini tuta biləcəklər.

“Lokomotiv” rəqib klub üçün 1400 bilet və etibarlı sektor ayırıb. Amma bu sektorun dolacağı şübhəlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyədən oyunu izləmək üçün cəmi 1 azarkeş gəlib. Belə olan halda ümid Moskvada hələ də ilişib qalan Türkiyə vətəndaşlarına və tələbələrədir. Düzdür, “Fənərbaxça”nı dəstəkləmək üçün Moskvada yaşayan azərbaycanlıların da gedəcəyini düşünənlər var. Bu isə ən az ehtimal olunandır. Təəssüf ki, azərbaycanlılar adətən bu tip kütləvi tədbirlərə qatılmırlar.

Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat müşavirliyindən verilən məlumata görə, stadiona nə qədər türkiyəli azarkeşin gələcəyini proqnozlaşdıra bilmirlər: “Oyunun təşkilatçısı UEFA-dır. Bəlkə də sizin sualla onlar cavab verə biləcək”.

Lent.az