“İsrail və ABŞ-ın Yaxın Şərqdəki əməlləri müharibəyə doğru aparır”.
Strateq.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib. “Əlbəttə ki, bəzi insanlar müharibə axtarır… İsrail”, – deyə o vurğulayıb.
Zərif İsraili Suriyanı bombaladığına görə beynəlxalq hüququ pozmaqda günahlandırıb və Avropanı hərəkətsizliyə görə ittiham edib. “Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yummaqda davam edəcəksinizsə, risk daha böyük olacaq”, – deyə o vurğulayıb.