XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 21:09

Politoloq Elxan Şahinoğlu:"Rüstəm İbrahimbəyovun qayıdışına verilən icazə bu siyasətin tərkib hissəsidir"

Bu gün 6 ildən sonra Bakıya dönən Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov mətbuata açıqlama verməkdən imtina edib. Bu barədə görüş iştirakçılarından biri Strateq.az-a bildirib ki, R.İbrahimbəyovun ölkəyə dönüşü yüksək səviyyədə əldə olunan razılaşmadan sonra baş tutub. Kinorejissor Azərbaycanda ilk işi rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısını keçirmək olub və yaxın dostları ilə 80 illik yubileyini qeyd edib.

R.İbrahimbəyovun Azərbaycana qəfil dönüşünü Strateq.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, son vaxtlar dövlət başçısının siyasətində ciddi korrektələr qeydə alınıb:

“Görünür, mütəxəssislərin hansısa xüsusi hazırlanmış hesabatı ilə tanış olub və həmin hesabata uyğun siyasətini formalaşdırır. Bu, mənim şəxsi fikrimdir. Rüstəm İbrahimbəyovun qayıdışına verilən icazə bu siyasətin tərkib hissəsidir. Milli Şura mitinq təyin etməklə prosesləri daha bir az sürətləndirməyi hədəfləyir və nəbz yoxlaması həyata keçirməyə çalışır”.

Strateq.az