XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 11:20

ABŞ səfiri YAP-da

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

Strateq.az YAP-ın saytına istinadən bildirir ki, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Görüşdə YAP icra katibinin müavini, MM-nin deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan çesli iştirak ediblər.