XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 10:21

Azərbaycan və Belarusun müdafiə nazirləri görüşdü –Birləşmiş Ərəb Əmirliklərində (FOTO)

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.

Strateq.az -ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Nazirliyin məlumatına görə, İDEX – 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Azərbaycan Ordusunun arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb.