XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2019 - 15:39

Səudiyyə Ərəbistanının sabiq xarici işlər naziri “Mossad” casusu olub –İddia

Səudiyyə Ərəbistanının sabiq xarici işlər naziri Adil əl-Cubeyr “Mossad” casusu olub.

Strateq.az xəbər verir ki, bu iddianı ABŞ-ın “Odyssey Online” internet portalı irəli sürüb.

Portal sabiq İsrail xarici işlər naziri Tsipi Livninin açıqlamasına diqqət çəkib. Həmin açıqlamada Livni köhnə vəzifədaşı əl-Cubeyrin istefaya göndərilməsində “Mossad”ı ittihamlayır.

Sabiq MKİ əməkdaşı Filip Ciraldi ilə əlaqə saxlamış “Odyssey Online” əməkdaşı onun vasitəsilə qalmaqalın mahiyyətini faş edib.

Ciraldinin sözlərinə görə, hələ 1990-cı ildə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri vəzifəsini icra edərkən, FTB Cubeyri nəzarətinə alıb.

Təhiqat nəticəsində müəyyənləşib ki, Şimali Texas Universitetində politologiya təhsili aldığı dövrdə Adil əl-Cubeyr Key Enn Metyuz adlı bir şəxslə sıx münasibətlər saxlayıb. Metyuzun sayəsində Cubeyr ABŞ-da qeydiyyata alınmış yəhudi almaz şirkətlərinin təmsilçiləri ilə tanış olub.

FTB araşdırması Adil əl-Cubeyr və “Mossad” casusu arasında ilk görüşün 1995-ci ilin oktyabrında baş tutduğunu müəyyən edib. Bunu 1998-ci ildə FTB əməkdaşları ilə “dostyana söhbət”ində Enn Metyuz açıqlayıb.

Onun ifadəsinə əsasən, ciddi maliyyə çətinlikləri çəkən Cubeyrin İsrail xüsusi xidmət orqanı ilə əməkdaşlıqdan başqa çarəsi yox imiş. Sonradan üzə çıxarılmış faktlar Vaşinqtondakı Səudiyyə səfirliyinin bütünlüklə “Mossad”ın nəzarətində olduğunu sübut edib.