XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 14:25

“Putinin Bakıya telefon zənginin mahiyyəti fərqlidir, bu, mesajdır” –Ekspertdən ilginc açıqlama

elxan-sahinoglu-esas

"Azərbaycan mediası ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin keçmiş müavini Adam Erelinin “Forbes” jurnalındakı məqaləsini dərc edib. Məqalədə deyilir ki, guya Kreml sahibi Putin Türkiyə səfirini yanına çağıraraq deyib ki, “get diktator Ərdoğana de ki, mən Suriyanı “Böyük Stalinqrad”a çevirəcəyəm…”". 

Strateq.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı fikirlərini bölüşən“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  deyib ki, Putinin Türkiyə səfirini hədələməsi bir neçə ay öncə də gündəm mövzusu olub:

"Putin belə bir söhbətin olub-olmadığını açıqlamayıb. Mən “təkbətək söhbətin” ikinci iştirakıçısına – Türkiyənin Rusiyadakı səfiri Ümit Yardıma bir müddət öncə müraciət etdim, onu Bakıdakı fəaliyyətindən tanıyıram, indi də ünsiyyətim var. Səfir dedi ki, bu müddətdə nə Putinlə təkbətək görüşü olub, nə də onu Kremldə kimsə hədələyib. Həqiqətən əgər belə hədə olsaydı, Putindən də qəzəbli Ərdoğan anındaca Rusiyanın Ankaradakı səfirini çağırıb onun vasitəsilə Putinə “yağlı cavab” göndərərdi".

Ekspert bildirib ki, hazırda Putinin bu gün azərbaycanlı həmkarı İlham Əliyevə zəngi daha maraqlı mövzudur:

"Telefon zəngi haqda yayılan xəbərdə bildirilib ki, Suriyadan və ABŞ-Rusiya atəşkəsindən danışıblar. Hamı kimi Azərbaycan əldə olunan atəşkəsin tərəfdarıdır. İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə görüşdə ABŞ-Rusiya razılaşmasını müsbət qarşıladığını açıq söyləmişdi. Yəni Putinə Əliyevin mövqeyi iki gün öncədən bəlli idi.

Ona görə də İlham Əliyevin Suriya ilə bağlı rəyini öyrənmək üçün xüsusi zəngə ehtiyac yox idi. Məncə, Putinin Bakıya telefon zənginin mahiyyəti fərqlidir. Bu bir mesajdır ki, rəsmi Bakı Suriya məsələsində neytrallığını qorusun, Türkiyənin tərəfini tutmasın.

İndi növbə Ərdoğanındır. Yəqin ki, o Bakıya zəng etmək əvəzinə yaxın günlərdə Azərbaycana təxirə saldığı səfəri reallaşdıracaq. İndi də Azərbaycanı qazanmaq uğrunda Rusiya-Türkiyə mübarizəsi başlayıb. Digər tərəfdən Putinin Əliyevə telefon zəngi Bakının Ermənistana silah ötürməsyilə bağlı Moskvaya göndərilən etiraz notasına qeyri-rəsmi cavabdır".

Strateq.az