XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 18:21

Muxtar Babayev departament müdirini işdən çıxardı –ETSN-də yeni təyinatlar oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb.

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağadadaş Qaraşova tapşırıb.

Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlikdən adıçəkilən sayta təsdiqləyiblər. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olunub.