XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 13:27

Artur Rasi-zadə qərar imzaladı, nazirliyin tərkibindəki təşkilatlar ləğv olundu – SİYAHI
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi barədə qərar verib.
Strateq.az xəbər verir ki, qərara əsasən KTN-nin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən 4 təsərrüfat hesablı dövlət müəssisə və təşkilatı ləğv edilib. Bunlar nazirliyin “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir.
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar verib.
Qərara əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Respublika Layihə Axtarış Kimyalaşdırma Stansiyasının bazasında Abşeron Regional Aqrokimya Laboratoriyası, Quba Layihə Axtarış Kimyalaşdırma Stansiyasının, Şabran rayon aqrokimya laboratoriyasının, Xaçmaz rayon aqrokimya laboratoriyasının və Qusar rayon aqrokimya laboratoriyasının bazasında Quba Regional Aqrokimya Laboratoriyası, Lənkəran rayon aqrokimya laboratoriyasının, Astara rayon aqrokimya laboratoriyasının, Lerik rayon aqrokimya laboratoriyasının, Masallı rayon aqrokimya laboratoriyasının və Yardımlı rayon aqrokimya laboratoriyasının bazasında Lənkəran Regional Aqrokimya Laboratoriyası, Salyan rayon aqrokimya laboratoriyasının, Cəlilabad rayon aqrokimya laboratoriyasının, Biləsuvar rayon aqrokimya laboratoriyasının və Neftçala rayon aqrokimya laboratoriyasının bazasında Salyan Regional Aqrokimya Laboratoriyası yaradılacaq.
Habelə Göygöl rayon aqrokimya laboratoriyasının və Goranboy rayon aqrokimya laboratoriyasının bazasında Göygöl Regional Aqrokimya Laboratoriyası, Şamaxı rayon aqrokimya laboratoriyasının, İsmayıllı rayon aqrokimya laboratoriyasının və Ağsu rayon aqrokimya laboratoriyasının bazasında Şamaxı Regional Aqrokimya Laboratoriyası, Şəki rayon aqrokimya laboratoriyasının, Qəbələ rayon aqrokimya laboratoriyasının, Oğuz rayon aqrokimya laboratoriyasının, Qax rayon aqrokimya laboratoriyasının, Balakən rayon aqrokimya laboratoriyasının və Zaqatala rayon aqrokimya laboratoriyasının bazasında Şəki Regional Aqrokimya Laboratoriyası, Tovuz rayon aqrokimya laboratoriyasının, Şəmkir rayon aqrokimya laboratoriyasının və Qazax rayon aqrokimya laboratoriyasının bazasında Tovuz Regional Aqrokimya Laboratoriyası, Ucar rayon aqrokimya laboratoriyasının, Göyçay rayon aqrokimya laboratoriyasının, Kürdəmir rayon aqrokimya laboratoriyasının, Zərdab rayon aqrokimya laboratoriyasının və Ağdaş rayon aqrokimya laboratoriyasının bazasında Ucar Regional Aqrokimya Laboratoriyası yaradılacaq.
Bundan əlavə, qərara əsasən, Sabirabad rayon aqrokimya laboratoriyasının, Saatlı rayon aqrokimya laboratoriyasının, İmişli rayon aqrokimya laboratoriyasının, Cəbrayıl rayon aqrokimya laboratoriyasının, Beyləqan rayon aqrokimya laboratoriyasının və Füzuli rayon aqrokimya laboratoriyasının bazasında Sabirabad Regional Aqrokimya Laboratoriyası, Bərdə rayon aqrokimya laboratoriyasının, Ağdam rayon aqrokimya laboratoriyasının, Tərtər rayon aqrokimya laboratoriyasının, Yevlax rayon aqrokimya laboratoriyasının və Ağcabədi rayon aqrokimya laboratoriyasının bazasında isə Bərdə Regional Aqrokimya Laboratoriyası yaradılacaq.
Kənd Təsərrüfatı Nazirliyinə nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarının və regional aqrokimya laboratoriyalarının maddi-texniki təchizatının yaxşılaşdırılması və onların akkreditasiyadan keçirilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək, bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.