XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2019 - 23:52

Avropanın 5 böyük ölkəsi müxalif liderə vəsait ayırdı –18 milyon dollar

Beş Avropa ölkəsi venesuelalı müxalifətçi Xuan Quaydoya humanitar yardım alması üçün 18 milyon dollardan çox vəsait ayırıb.

Bu barədə siyasətçi özünün tvitter hesabında məlumat verib və həmin ölkələrin adlarını açıqlayıb.

Quaydo öz növbəsində yüz minlərlə venesuelalının həyatı üçün apardığı mübarizədə ona dəstək olduqları üçün İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya və Fransaya təşəkkürünü bildirib.

Qeyd edək ki, özünü daha əvvəl ölkənin müvəqqəti prezidenti elan edən Quaydo Venesuelanın 23 fevraldan humanitar yardım alacağını bildirmişdi/Qafqazinfo.