XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 16:27

Saakaşvilidən İvanişviliyə mesaj:"Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb"

“Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb”.

Bu sözləri Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Bizim ən kritik anlarımızda belə qaz tədarükündən imtina etməyən Azərbaycan kimi strateji tərəfdaşımız var. Bir tərəfdə soyuq qışda qaz kəmərini partladıb Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə rus qazından minimum 20% daha ucuz Azərbaycan. İvanişvili əhaliyə bahalı qaz satışından on milyonlarla lari qazanacaq”, – deyə o, bildirib.

Qeyd edək ki, bundan öncə rəsmi Tiflis Gürcüstanın qazla təchizatının diversifikasiya üçün Rusiyadan qaz alacağını elan edib/Axar.az.