XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

25 Fevral 2016 - 17:21

Kerri Rusiyadan seçim tələb etdi:"Ya sanksiya, ya da..."

kerri-1

 

ABŞ dövlət katibi Con Kerri Ukraynanın şərqində vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiyaya xəbərdarlıq edib.

O,  Rusiyadan sanksiyaların saxlanılması və Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrası arasında dəqiq seçim etməyi tələb edib.

Onun sözlərinə görə, ATƏT-in məlumatları göstərir ki, Kremlin nəzarətində olan separatçılar Minsk razılaşmalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə riayət etmirlər.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Donbas hövzəsindəki separatçıların Minsk razılaşmalarını yerinə yetirməli olduğunu deyib.

Publika.az