XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 20:07

Ülvi Mehdiyev:“ASAN xidmət” modelinin 8 ölkədə oxşarı yaradılacaq”

“Azərbaycanın “ASAN xidmət” modelinin 8 ölkədə oxşarı yaradılacaq”. 

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Radio”nun “QəbulASAN” proqramında deyib.

O, həmin ölkələrin adını açıqlamasa da, bununla bağlı danışıqların aparıldığını bildirib: “Biz həmin ölkələrlə əməkdaşlığa başlamışıq. Azərbaycanın “ASAN xidmət” modelinin həmin ölkələrdə fəaliyyət göstərməsinə nail olacağıq. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi həyata keçirilir”.  (Report)