XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 10:21

Problemli kreditləri həll etmək üçün 4 vacib şərt:ekspert hökuməti məmur şirkətlərinə güzəşt etməməyə çağırır

“Problemli kreditlər məsələsi yenidən aktuallaşıb. İnsanlarımız üçün problem olan hər cür əngələ qarşıyam. Amma elə strateji əhəmiyyəti olan məsələlər var ki, onunla bağlı qərarlar çox məsuliyyətlə qəbul edilməlidir”.
Strateq.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, problemli kredit məsələsini hökumət 2015-2016-cı illər ərzində mütləq həll etməli idi:

“Çünki nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi. Və məhz bu qərar nəticəsində xarici valyutada borcu olan subyektlərin maliyyə institutları qarşısınıda borcları milli valyuta ifadəsində kəskin şəkildə artmışdır”.
R.Ağayev qeyd edib ki, sonrakı mərhələdə bəzi banklar borcları restruktrizasiya etməklə, məsələn, güzəşt mexanizmləri əsasında ortaq razılaşdırılmış məzənnə ilə, borcun vaxtını uzatmaqla həmin borcları xeyli azaltdı. Amma vətəndaşdan borcunu məhkəmə qaydasında, girovunu satışa yönəltməklə alanlar da oldu:

“İndi 2019-cu ildə də bu problem qalır və həlli vacibdir. Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var.
Problemin həlli üçün 4 məsələ göz önündə tutulmalıdır:

1) Məhz o borcların qaytarılmasına dövlət dəstək verməlidir ki, məhz devalvasiya nəticəsində xarici valyutada olan borclara görə izafi öhdəlik yaranıb;

2) Hökumətin dəstəyi ilk növbədə ev təsərrüfatlarının, mikro və kiçik sahibkarların borclarına münasibətdə tətbiq edilməlidir;

3) İri sahibkarlara, xüsusilə holdinqlərə bağlı şirkətlərə münasibətdə bu dəstəkdən mümkün qədər qaçmaq lazımdır. Əks halda məsuliyyətsiz idarəetmə nəticəsində havaya sovrulmuş kreditlərə görə kimlərsə göydəndüşmə büdcə güzəşti qazanmış olacaq;

4) İndiyə qədər problemli borclarını ən müxətlif yollarla ödəyə bilmiş ev təsərrüfatlarına da geriödəmə formasında kompensasiya olmalıdır. Əks halda, məsələn, əmlakını sataraq, yaxud yaxınlarından borclanaraq bu problemi həll etmiş insanlara qarşı bu ədalətsizlik olardı”.