XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 10:45

Putindən xəbərdarlıq:"İnterneti Rusiya üçün söndürə bilərlər"

Rusiya üçün dünya internetinin söndürülməsi təhdidi nəzəri baxımdan mövcuddur.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Mən tərəfdaşlarımızın yerinə onların ağlında nə olduğunu deyə bilmərəm. Düşünürəm ki, Rusiya üçün internetin söndürülməsi onların özlərinə dağıdıcı zərbə endirəcək. Bu addım təkcə Qərb ölkələrinə siyasi və iqtisadi zərbə vurmayacaq, həmçinin Qərb xüsusi xidmət orqanlarının işinə də neqativ təsir göstərəcək”, – deyə o, bildirib/Axar.az.