XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 11:04

Polşanın eks-prezidenti:"Putinin iki strateji hədəfi var"

Rusiya Prezidenti Vladimir Putin bundan sonra Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyünə maneə yaradacaq.

Bunu “Liga.net” saytına müsahibəsində Polşanın eks-prezidenti Aleksandr Kvasnevski deyib.

“Mən 2005-ci ilə qədər Putinlə çox danışmışam. Onun iki strateji hədəfi var. Birincisi, o, Rusiyanı dünya arenasında böyük oyunçu etmək istəyir. Buna artıq nail olub. İkinci məqsəd isə Rusiyanın keçmiş SSRİ-nin toplayıcısı statusuna nail olmasıdır”, – deyə o, bildirib.

O, Kremlin dondurulmuş konfliktlər üçün “yaxşı mütəxəssis” olduğunu deyib. Kvasnevski Rusiyanın bunu Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstan və Ukraynada sübut etdiyini bildirib:

“Rusiya öz siyasətini belə konfliktlər əsasında qurur. Putinə sizin ölkəniz lazımdır ki, Rusiyanı böyük ölkəyə çevirsin. O, başa düşür ki, Baltikyanı ölkələri bir daha görməyəcək, amma Ukraynaya görə mübarizə aparacaq. Ona görə də Moskvanın Ukrayna siyasətində hansısa dəyişikliklər gözləməyə dəyməz”.

Axar.az