XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 18:45

Prezident İlham Əliyev sərəncam verdi, hakim təyinatları oldu –SİYAHI

Ilham Eliyev

 

Bu gün bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

1. Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin;

2. Çingiz Adil oğlu Bəşirov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

3. Usaməddin Hidayət oğlu Osmanov Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilsin.