XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 20:05

Novella Cəfəroğlu:"Bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər”

“Biz 30 ildir ki, siyasi məhbus məsələsi ilə məşğuluq. Bu müddət ərzində bizim siyahıdan müxtəlif illərdə 716, 300, 150 nəfər də azadlığa çıxıb”.

Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”ın canlı efirində çıxış edərkən deyib.

O bildirib ki, bu gün Qarabağ məsələsi qabaqda ola-ola, Avropa Şurasından siyasi məhbus məsələsi ilə bağlı gələn sözləri qəbul edə bilmirik: “Ona görə də Azərbaycanda siyasi məhbus məsələsi ortadan qalxsın deyə, ölkə başçısına da məktub yazmışıq. Əfv Komissiyasına da siyahı vermişik. Dilimizin uzun olması üçün siyasi məhbus məsələsi qurtarmalıdır”.

N. Cəfəroğlu qeyd edib ki, siyahılarında jurnalistlər, bloggerlər, nidaçıların adları var: “Həmçinin Nardaran hadisələrində tutulanların da adları var. Biz ümid edirik ki, bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər”