XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 09:15

Ermənistan və Gürcüstan hərbi əməkdaşlıq proqramı imzaladı –Tiflis İrəvana NATO ilə əməkdaşlığı genişləndirməyi təşviq edir

Ermənistan və Gürcüstanın müdafiə nazirləri fevralın 21-də Yerevanda keçirdikləri görüş zamanı iki ölkə arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlığa dair proqramı imzalayıblıar. Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə deyib ki, onun ölkəsi və Gürcüstan bir-biri üçün təhlükəsizlik, siyasət, iqtisadiyyat, mədəniyyət və bir sıra başqa sahələrdə mühüm ölkələrdir.

Nazir deyib ki, o və gürcüstanlı həmkarı Levan İzoriya iki ölkə arasında hərbi əməkdaşlığın tədricən genişləndirilməsinin əhəmiyyətinə inanırlar.

Öz növbəsində İzoriya ümid etdiyini bildirib ki, Ermənistan Gürcüstan ərazisində keçirilən NATO hərbi təlimlərində fəal iştirakını davam etdirəcək. İki ölkə arasında hərbi əməkdaşlığa dair proqram 2010-cu ildən başlayaraq hər il imzalanır.

Tonoyan deyib ki, builki proqrama hərbi təhsil, hərbi təbabət, serjant heyətinin hazırlanması, insan haqları və intizam, korrupsiya ilə mübarizə sahələrində əməkdaşlıq daxildir.

Bu Gürcüstan müdafiə nazirinin 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabdan” sonra bu ölkəyə ilk səfəridir. Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib ki, o Ermənistan hərbçilərinin NATO-nun Noble Partner-2018 (Nəcib partyor) и Agile Spirit (Çevik ruh) hərbi təlimlərində iştirakını yüksək qiymətləndirir.

Bu iki təlim Gürcüstanda keçirilib. Ermənistan 2017-ci ildə keçirilən Agile Spirit manevrlərində iştirakdan son anda imtina etmişdi. Azərbaycanın hərbi kontingenti hər iki təlimdə iştirak edib. (azadliq.org)