XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2019 - 10:01

Rusiya üçün “cəhənnəmdən gələn sanksiya layihəsi” –Maliyyə bazarlarında ajiotaj başlayıb

Birləşmiş Ştatların hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsey Qraham sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb.

Rəsmi adı Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qoruma Aktı 2019 (DASKA) olan layihə elə açıqlanan kimi Rusiyanın maliyyə bazarlarında şok yaradıb. Bu layihəni hələ Konqres nəzərdən keçirəcək. Onun daha kəskin versiyası ötən il qəbul olunmadı.

DASKA şübhəli kiber fəaliyyət, korrupsiya, Rusiyadan kənarda bu ölkənin mayeləşdirilmiş təbii qaz ixracı obyektlərinə, Rusiyadan kənarda enerji layihələrinə investisiyalara görə Prezident Donald Trampa sanksiya tətbiq etmək hüququ verir.

Rusiyada neft layihələrinə gəlincə, DASKA çərçivəsində Rusiyaya mal, xidmət, texnologiya satan, maliyyə, yaxud digər dəstək göstərən şəxsə sanksiya qoyula bilər. Demokratik proseslərə, yaxud seçkilərə müdaxiləni dəstəkləyən Rusiya maliyyə qurumları sanksiyayla üzləşəcək. Bundan başqa, sosial media şirkətləri platformalarında Rusiya hökuməti, yaxud digər hökumətlərin sponsorluğu ilə dezinformasiya yayılmamasını təmin etməlidirlər. (azadliq.org)