XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 13:18

Sabirabadda sərnişin mikroavtobusu qəzaya uğradı –Ölən və yaralananlar var

Sabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb.

Hadisə rayonun Qaratəpə kəndi ərazisində  baş verib.

Belə ki, “Ford” markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı,

Yaralılar Sabirabad  Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)