XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2019 - 16:45

Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bruney xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.