XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2019 - 17:35

Bakıda daha bir avtobusda yanğın –Mühərrik hissəsində qısaqapanma olub

Bir qədər əvvəl Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi – “28 May” metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisə barədə məlumat daxil olan kimi Agentlik araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub.

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonunda da sərnişin avtobusu yanıb.(Report)