XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 11:31

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədin adı açıqlanıb- FOTO

ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədinin adını açıqlayıb.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, Prezident bu vəzifəyə hazırda ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftı namizəd göstərib. Bu barədə D.Tramp “Tvitter” səhifəsində məlumat verib.

O, Kelli Kraftın ölkəsi üçün böyük işlər gördüyünü və onun namizədliyini dəstəkləməkdən məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, Prezident bir qədər əvvəl bu vəzifəyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hiter Nauertin namizədliyini dəstəklədiyini demişdi. Lakin H.Nauert ailə problemlərini səbəb gətirərək namizədlikdən geri çəkilmişdi.