XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 10:23

Səudiyyə Ərəbistanı ilk dəfə ABŞ-a qadın səfir təyin etdi –Şahzadə Rima kimdir? + FOTO

Şahzadə Rima bint Bəndər bin Sultan ibn Əbdül Əziz əl Səud Səudiyyə Ərəbistanının ABŞ-da birinci qadın səfiri təyin olunub.

Bu barədə Səudiyyə Ərəbistanının xəbərlər agentliyi SPA bildirib.

Qeyd edilir ki, şahzadə Səudiyyənin 22 il boyunca Vaşinqtondakı diplomatik missiyasına başçılıq etmiş Bəndərin qızıdır.

Şahzadə Rima ABŞ-da təhsil alıb. O, 2014-cü ildə “Forbes”in versiyasına görə, 200 nüfuzlu qadın siyahısına düşüb.

Qadın özünün “Twitter” səhifəsində kral Salman ibn Əbdül Əziz Əl-Səuda ona göstərdiyi etimada görə təşəkkür edib.

O, söz verib ki, bütün səylərini ölkəsinə və onun vətəndaşlarına xidmət etməyə yönəldəcək/Report.