XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 11:11

Maduro Kolumbiya ilə əlaqələri kəsdi, diplomatlara vaxt qoydu:"24 saata ölkəni tərk edin"

Venesuela Kolumbiya ilə diplomatik və siyasi əlaqələri kəsib.

Bu açıqlama ilə Venesuela Prezidenti Nikolas Maduro çıxış edib.

Venesuela XİN isə Kolumbiya diplomatlarının ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Qeyd edək ki, bu gün Kolumbiyadan ölkəyə gətirilən humanitar yardıma görə gərginlik yaşanıb. Venesuela hakimiyyəti onlarla razılaşdırılmayan humanitar yardımın qəbulundan imtina edib. Buna baxmayaraq, 4 TIR humanitar yardımı gətirib və müxalifət onları qarşılamaq üçün sərhədə gedib. Nəticədə ciddi qarşıdurma yaşanıb, 18 nəfər yaralanıb, iki nəfər isə həyatını itirib.

Venesuela polisi humanitar yardım maşınını yandırıb. Ora yığışan əhali isə qutulardakı yardımı yanğından xilas etmək üçün həyatlarını təhlükəyə atıblar/Axar.az.