Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb.
Strateq.az xəbər verir ki, bu barədə FHN açıqlama yayıb.
Səhiyyə Nazirliyindən isə “Report”a bildirilib ki, Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.
Onların həyatları üçün təhlükə yoxdur.