XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 16:07

Hikmət Hacıyev:"Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini davam etdirir"

“Ermənistan atəşkəs rejimindən istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Bu, ilhaqın davamıdır və belə davam edə bilməz”.

Bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Kəlbəcər rayonundakı qeyri-qanuni fəaliyyət buna bariz nümunədir. Söhbət o cümlədən bu ərazidə yerləşən və Dağlıq Qarabağın separatçı rejimi və Ermənistan tərəfindən qanunsuz istismar olunan “Söyüdlü” qızıl mədənindən gedir.

“Azərkosmos”un fotoşəkillərində ermənilərin barbarlığının, Azərbaycanın ətraf mühitinə vurulan ziyanın miqyasını görmək üçün kosmik mühəndislik sahəsində ekspert olmağa ehtiyac yoxdur”, – o deyib.

H.Hacıyev qeyd edib ki, ermənilər tərəfindən talan edilmiş zənginliklər sonradan müəyyən yollarla beynəlxalq, əsasən də, Avropa bazarlarına çıxır və bu, beynəlxalq humanitar hüququn pozulmasıdır. (Report)