XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 10:40

Paytaxt yollarında uzun tıxaclar yaranıb –Metroda da sıxlıqdır, qatarlar gecikir

Bu gün Xocalı faciəsinin 27-cil dönümü ilə bağlı keçirilən anım mərasimlərinə görə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəticədə səhər saatlarından etibarən şəhərdə uzun tıxaclar yaranıb, metronun hərəkətində problemlər meydana çıxıb. 

Strateq.az-ın verdiyi xəbərə görə, Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metrodakı sıxlıq və qatarlararası intervalın uzanması hər hansısa problemlə əlaqədar olmayıb:

“Qatarların hərəkətində hansında texniki nasazlıq olmayıb. Qatarlararası intervalın artmasının səbəbi sərnişin çoxluğundan stansiyalarda qatarların ləngiməsidir. Qatarın qapıları bağlnmasa, yola çıxa bilməz. Ona görə müəyyən yubanma yaranıb”.

Qeyd edək ki, bu gün səhər saatlarından metroda qatarların hərəkətində ləngimələr baş verib. Hətta “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən qatar “Gənclik”-“28 May” stansiyaları arasında 15 dəqiqə tuneldə qalıb.