“Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır”.
Strateq.az-ın xəbərinə görə, bunu “İYİ Parti”nin lideri, Türkiyənin tanınmış siyasətçilərindən olan Meral Akşənər öz sosial hesabındakı paylaşımındaqeyd edib. “Bu qətliamda itirdiyimiz şəhidlərimizi böyük ehtiramla yad edirəm. Məkanları cənnət, ruhları şad olsun”, – deyə Akşənər qeyd edib.