XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 13:53

“O deputatdan soruşdum ki, Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədən sən idinmi?” –Arif Rəhimzadə

Milli Məclisin deputatı Arif Rəhimzadə millət vəkili həmkarlarından biri ilə illərdir salamlaşmadığı, hətta o adamla eyni liftə belə minmədiyini açıqlayıb. 

Deputat bildirib ki, həmin deputat illər əvvəl mərhum prezident Heydər Əliyevlə bağlı “layiqsiz ifadələr” işlətdiyi üçün onunla bütün münasibətlərini kəsib: “Hazırda Milli Məclisin üzvü olan bir deputat 90-cı illərin əvvəlində Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədib.

Mən onu üzdən yaxşı tanımırdım. Biləndə ki, o, həmin adamdır, bir qrup deputatın yanında ondan soruşdum ki, o vaxtlar Heydər Əliyevə qarşı layiqsiz ifadələr işlədən sən idinmi? O, özünü itirdi və cavab verə bilmədi. Onda ona dedim ki, mənimlə salamlaşma və sən adlı adamı tanımıram! Görəndə ki, o, liftin qarşısında dayanıb, mən onunla bir kabinəyə minmirəm”. 

A.Rəhimzadə jurnalistin bu deputatın kimliyini açıqlaması, adını deməsi barədə israrını geri çevirib və ad çəkməkdən imtina edib: “Mən hesab edirəm ki, onun özünün əzabı özünə bəsdir. Bu mənada həmin deputatın adını açıqlamağa ehtiyac yoxdur”.

Yeni Müsavat