XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 15:50

Türkiyə XİN:Xocalı qətliamını və Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyirik

“Xocalı qətliamını və Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsini qətiyyətlə pisləyirik”.

Strateq.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in Xocalı faciəsinin ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

Bildirilir ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinə hücumu zamanı yüzlərlə Azərbaycan vətəndaşı öldürülüb, yaralanıb və əsir düşüb: “Dinc vətəndaşlara qarşı yönəlmiş bu hücum və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlı yurdundan didərgin düşüb və öz vətənlərində qaçqın vəziyyətində yaşamağa məcbur olub. Bu qətliamın acısını dərindən hiss edir və səmimiyyətlə paylaşırıq. Bu faciədə həyatını itirmiş şəxslərə baş sağlığı diləyir və azərbaycanlı bacı və qardaşlarımıza səbir arzu edirik”