XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 17:11

Prezident İlham Əliyev Ərdoğana zəng edib –Səbəb

Prezident İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Strateq.az Azərtac-a istinadən bildirir ki, dövlətimzin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.