Azərbaycanın Xarici İşlər Nazirliyində dəyişikliklər olub.
Strateq.az xəbər verir ki, diplomatik mənbələrdən Mia.az-a verilən məlumata görə, XİN-nin Konsulluq idarəsinin rəhbəri postuna Azərbaycanın Misir və Türkiyədəki keçmiş səfiri Faiq Bağırov gətirilib.
Nazirliyin kadrlar idarəsinin rəisi, 79 yaşlı Elmira Sarıcalinskya yaşı ilə bağlı təqaüdə göndərilib.
Kadrlar idarəsinin rəisi vəzifəsinə isə Azərbyacanın Yaponiyadakı keçmiş səfiri, əvvəllər Elmar Məmmədyarovun köməkçisi vəzifəsini tutmuş Gürsel İsmayılzadə təyin olunub.