Moskvanın Şeremetyevo hava limanında təyyarə qəzaya uğrayıb.
“Silk Way Business Aviation” aviaşirkətinə məxsus “Qolfstrim” biznes-jet təyyarə Bakıdan Moskvaya uçub.
Aviaşirkətindən verilən məlumata görə, təyyarə “Şeremetyevo” hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb. Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.
Hadisə ilə bağlı Rusiyada cinayət işi açılıb. Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib. Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.
“İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək”, – deyə o əlavə edib.
Rusiyanın REN TV telekanalı xəbər yayıb ki, təyyarədə iki pilot və 3 sərnişin-Rusiya vətəndaşı Aria Axmadova, Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olublar. (virtualaz.org)