XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 04:41

Deputat: “2003 –cü ildə baş verən iğtişaşların arxasında Steynar Gil dayanırdı” – İTTİHAM

FEZAIL.jpg

“Steynar Gilin layihəsi əsasında çalışan, külli miqdarda pul qoyduğu müxalifət etimadı doğrultmadı. Gilin əsas niyyəti müxalifəti hakimiyyətə gətirmək idi. Lakin bu olmadı. çünki müxalifət hədsiz dərəcədə zəif, iqtidar güclü idi. Xalq iqtidarın yanında idi. Ona görə müxalifətin də getməyini arzulayır. Xoş niyyəti olsaydı, Azərbaycan xalqının maraqları çərçivəsində fikirlər söyləyərdi. İqtidarın çatışmayan cəhətlərini deyə bilərdi. Heç bir hakimiyyət ideal deyil. Normal bir haldır. Amma olanların üstündən xətt çəkmək, Azərbaycana qarşı düşmənçilik etmək məqsədi açıq şəkildə ortadadır”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı musavat.com-a Norveçin ölkəmizdəki eks-səfiri Steynar Gilin Azadlıq Radiosuna müsahibəsini şərh edərəkən deyib.

F. Ağamalının sözlərinə görə, Steynar Gilin fikirlərinin anti-Azərbaycan siyasətinin davamıdır

“Onun səfir kimi ölkəmizdəki “fəaliyyəti” yaddaşlarımızdan silinməyib. Azərbaycan xalqı onu yaxşı xatırlayır. O, radikal müxalifətin üsyan zorakılığı ilə körpələri təpik altına salaraq, hakimiyyətə gəlmək məqsədlərini müdafiə, himayə edən şəxs idi. Hətta bu işlərə təşkilatçılıq da edirdi. Baxmayaraq ki, onun səfirlik fəaliyyətində Azərbaycanın daxili işlərinə qarışmaq qadağan idi. Bunu beynəlxalq sənədlər də qadağan edirdi. Azərbaycanın milli qanunvericiliyi də bu hallara imkan vermir. O, səfir olduğu zaman kəsiyində ölkəmizə qarşı insan haqları pərdəsi arxasında düşmənçilik nümayiş etdirdi. Hətta 2003-cü ildə prezident seçkilərindən sonra radikal qüvvələrin küçələrə axaraq, törətmiş olduğu dağıntılar gözümüzün önündədir. Uşağı ayaqlar altına atan, maşınları təpikləyən, özəl obyektləri dağıdaraq hakimiyyətə gəlmək istəyənlərin arxasında o zaman Steynar Gil dayanırdı. İndi artıq vəziyyət dəyişib. Başqa yerdə olsa da, yenə də düşmənçilik mövqeyini davam etdirir”.

Deputat bu cür fikirlərin arxasında dövlət maraqlarının dayandığını da söylədi: “Azərbaycan neft ölkəsi kimi Norveçə ciddi rəqib görünə bilər. Onun özünün şəxsi maraqları var. Azərbaycan iqtidarına qarşı sərgilədiyi mövqe təkcə özü ilə bağlı deyil. O, cənab Con Kerrinin yanındadır. Deməli, o, eyni zamanda erməninin yanındadır. Bunların hamısı bir xətdə birləşir”.

Qeyd edək ki, Gil müsahibəsində Azərbaycan hökümətində və müxalifətində olan rəhbərlərin siyasi səhnədən getməsinin vacibliyini bildirib.