XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 09:12

ABŞ və Rusiya arasında kiber müharibə qızışdı –Kəşfiyyatın idarə etdiyi "trol fabriki"nin internetə çıxışı kəsildi

ABŞ-ın kibertəhlükəsizlik agentlərinin Sankt Peterburq şəhərindəki İnternet Araşdırmaları Agentliyinin internetə çıxışını blokladıqları xəbər verilib.

Rusiyanın bu qurumunu Qərbdə “troll fabriki” adlandırırlar. ABŞ kəşfiyyatı təşkilatın Birləşmiş Ştatların 2018-ci il aralıq seçkilərini təsirləndirmək istədiyini ehtimal edir. Bu barədə xəbəri fevralın 26-da “The Washington Post” qəzeti verib. Qəzet adları çəkilməyən mənbələrə istinadən yazır ki, ABŞ Kibernetik Komandanlığı “troll fabrikinin” internetə çıxışını kəsibmiş.

Bu təşkilatın habelə Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsində və Avropa ölkələrindəki seçkiləri təsirləndirməsində alət olduğu düşünülür.

2018-ci ildə ABŞ-da böyük jüri İnternet Araşdırmaları Agentliyinə və Rusiya oliqarxlarından Yevgeny Prixozinə aid olduğu deyilən daha iki firmaya qarşı ittiham irəli sürüb.

Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini xüsusi prokuror Robert Müller araşdırır. ABŞ kəşfiyyatı inanır ki, İnternet Araşdırmaları Agentliyi tapşırıqlarını birbaşa Rusiya xüsusi xidmətlərindən alır.

“The Washington Post” qəzetinin yazdığına görə Sankt Peterburqdakı agentliyin internetə çıxışı ABŞ-da noyabr ayında keçirilmiş seçkinin günündə və bunun ardınca daha bir neçə gün ərzində bloklanıbmış. Bundan məqsəd agentliyi dezinformasiya yaymaq və seçkinin nəticələrinə təsir göstəmək imkanınan məhrum etmək olub.

2018-cin ilin sonlarında ABŞ Kibernetika Komandanlığı Monteneqro, Makedoniya və Ukraynaya hərbçilər göndərmişdi. Onlar bu ölkələrə kibermüdafiə dəstyi verməli və Rusiyanın hərbi kəşfiyyatından qaynaqlandığı düşünülən ziyanlı proqramların nümunələrini toplamalı idilər.

ABŞ hərbiyyəisnin adı çəkilməyən bir rəsmisi “The Washington Post” qəzetinə deyib ki, “biz nəhayət bu oyuna girdik”.

2018-ci ilin oktyabrında “The New York Times” qəzeti yazırdı ki, Kibernetika Komandanlığı Rusiyanın casuslarına birbaşa mesajlar göndərib. Bu mesajlarda onlara aşkarlandıqları və müşahidə altında olduqları bildirilirdi. Kibernetika Komandanlığı 2009-cu ildə yaradılıb və Milli Təhlükəsizlik Agentliyi ilə eyni qərargahda yerləşir.

(Azadlıq radiosu)