XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 10:55

Donor ölkələr Yəmənə 2,6 milyard dollar yardım ayırdı- Cenevrədə razılıq əldə olundu

Cenevrədə keçirilən konfransda vətəndaş müharibəsi şəraitində olan Yəmənə 2,6 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi barədə razılıq əldə edilib.

Azərtac xəbər verir ki, BMT-nin himayəsi ilə keçirilən konfransda təşkilatın baş katibi Antonio Quterreş razılaşmanı yüksək qiymətləndirib və əvvəlki illə müqayisədə bu il yardım üçün 30 faiz daha çox vəsaitin cəlb olunduğunu bildirib.

Ayrılan vəsaitlə Yəməndə 24 milyon insana (ölkə əhalisinin təxminən 80 faizi) yardım göstərilməsi nəzərdə tutulur. A.Quterreş il ərzində əlavə yardım vəsaitlərinin olacağına da ümid etdiyini bildirib, çünki vətəndaş müharibəsinin tüğyan etdiyi ölkədə insanlara yardım üçün BMT-yə ümumilikdə 4,2 milyard dollar vəsait lazımdır.