Pakistanın böyük aeroportlarda beynəlxalq və kommersiya uçuşlarını təxirə saldığı bildirilir. Bu haqda çərşənbə günü yerli media yazıb.
Pakistan ordusunun sözçüsü Asif Qafur İslamabadda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi müharibə tərəfdarı deyil, sülh istəyir. “Radio Maşaal”-ın İslamabaddakı müxbirləri paytaxt üzərində qırıcı təyyarələrin uçduğunu bildirir. Baş nazir Imran Xan fövqəladə iclas çağırıb. Onun bu gün xalqa müraciət edəcəyi gözlənir. (azadliq.org)